image-2000x150px
image-123
image-ads_atlas
image-17079945273473745941_1200x630backend

Reza Deqati: Xocalının səsini dünyaya çatdırmağı özümə borc bilmişəm

image-728x90px

Mən qırx üç ildir ki, öz peşəmlə məşğulam. Bu illər ərzində dünyada baş verən bir çox müharibələrin qaynar yerlərində olub, bu faciələri işıqlandırmışam. Lakin mənə ən çox təsir edən Xocalı soyqırımı idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında dünyaşöhrətli fotojurnalist Reza Deqati söyləyib.

Xocalının haqq səsini dünyaya çatdırmağı özünə borc bildiyini deyən R.Deqati qeyd edib: “Mən Xocalı faciəsinin xəbərini Fransada olan zaman aldım və dərhal oraya yollandım. Bu dəhşətli soyqırımı zamanı ciddi informasiya müharibəsi var idi. Erməni lobbisi bütün dünyaya bu faciəni fərqli formada təqdim etmişdi. Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyinin şahidi oldum və onları fotolentimin yaddaşına köçürdüm. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəmdir. Artıq ədalət öz yerini tapıb. 30 ilə yaxın vətən həsrətinə son qoyulub. İki ildir ki, “Xocalı şahidi” adlı veb-sayt yaratmışam. Saytın vasitəsilə həmin faciənin fotolarını dünyaya çatdırıram”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki