image-n1karobka_ads
image-123
image-68060a7d02e8bd164a463d33backend

Roma Papasının ölümü ilə əlaqədar İtaliya çempionatının oyunları təxirə salınıb

İtaliya A Seriyasının aprelin 21-nə planlaşdırılan oyunları Roma Papası Fransiskin vəfatı səbəbindən təxirə salınıb.

“Müqəddəs Papanın vəfatından sonra A Seriyası bu günə planlaşdırılan matçların daha sonra müəyyən ediləcək tarixə təxirə salındığını elan edir”, – liqanın açıqlamasında deyilir.

Papa aprelin 21-də yerli vaxtla saat 07:35-də Vatikanda vəfat edib. Fevral ayında bronxit diaqnozu ilə xəstəxanaya yerləşdirildi və sonradan ikitərəfli pnevmoniya və böyrək çatışmazlığı diaqnozu qoyuldu.

Daha əvvəl Argentina millisinin sabiq qapıçısı Qattinin 80 yaşında dünyasını dəyişdiyi bildirilirdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki