Gürcüstan gömrük məlumatlarına görə, Rusiya oktyabr ayında Gürcüstandan 6 500 ton şərab idxal edib ki, bu da 2024-cü ilin aprelindən bəri ən yüksək göstəricidir.
Doğru.az xəbər verir ki, məlumatda bildirilir ki, oktyabrda Rusiyanın gürcü şərabı idxalı aylıq 10% artıb.
2024-cü ilin aprelində Rusiyaya 13 min ton şərab ixrac olunmuşdu və bu, indiyə qədərki maksimum alış səviyyəsi hesab olunur. Oktyabr ayındakı idxalın dəyəri isə 19 milyon dollara çatıb.
Xatırladaq ki, may ayında Rusiya Gürcüstandan şərab alışını ötən illə müqayisədə 3,4 dəfə artıraraq 17,15 milyon dollara çatdırmışdı. Eyni zamanda, avqust ayında bildirilmişdi ki, Rusiyanın 2025-ci ilin yanvar-iyul ayları ərzində Gürcüstandan idxal etdiyi şərabın ümumi dəyəri 89,6 milyon dollar olub.
DOĞRU.AZ




























