Rusiya komandası beynəlxalq qısa kurs yarışında 4×50 m qarışıq estafet üzrə birinci olub.
Doğru.az xəbər verir ki, komandaya Pavel Samusenko, Kirill Priqoda, Arina Surkova və Daria Klepikova daxildilər. Onlar finiş xəttinə 1 dəqiqə 36,80 saniyəyə çatıb.
Minsk komandası ikinci yeri (1:39,09), Qomel vilayətinin komandası isə üçüncü yeri (1:44,16) tutub. Qeyd edək ki, daha əvvəl rusiyalı üzgüçü Yevgeniya Çikunova gələcək planları barədə açıqlama vermişdi.
DOĞRU.AZ




























