Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Nigeriyanın xarici işlər naziri Bakari Yau Sanqare və ölkənin müdafiə naziri Salif Modi ilə görüşdə Moskvanın onlara humanitar yardım da daxil olmaqla sosial-iqtisadi problemlərin həllində kömək etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, görüş zamanı beynəlxalq və Afrika gündəmləri müzakirə edilib, Sahara-Sahel bölgəsindəki vəziyyətə xüsusi diqqət yetirilib.
“Moskva və Niameyin BMT-də və digər çoxtərəfli formatlarda siyasi dialoqu dərinləşdirmək və hərəkətləri əlaqələndirmək niyyəti bəyan edilib”, – nəşr yazır.
Mənbə: Lenta.ru