image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ap24011523189087-pic_32ratio_900x600-900x600-68157backend

Rusiya səfirliyi Vatikanla dialoqu davam etdirməyə hazır olduğunu açıqlayıb

image-728x90px

Rusiya tərəfi Vatikanla Ukrayna ilə bağlı məsələlərin müzakirəsini davam etdirməyə hazırdır.

TASS xəbər verir ki, bunu Rusiyanın Vatikandakı səfiri İvan Soltanovski deyib.

Diplomat bəyanatını Roma Papasının Ukrayna üzrə nümayəndəsi kardinal Matteo Zuppinin Moskvaya mümkün səfəri ilə bağlı məlumat fonunda verib.

“Biz Vatikanla açıq və etibarlı dialoqu davam etdirməyə hazırıq” deyən Soltanovski, “bu, əlbəttə ki, Zuppi ilə əlaqələrə də aiddir” dedi.

Papanın elçisi sonuncu dəfə Rusiyaya 2023-cü ilin iyun ayının sonunda səfər edib. Elə həmin ilin sonunda Zuppi “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə qeyd etdi ki, Moskva və Kiyevə səfərlərindən sonra onun missiyasında irəliləyişlər başlayıb: “Ruslar və ukraynalılar Müqəddəs Taxt-Tacın rolunu tanıdılar”.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki