image-2000x150px
image-123
image-ads_atlas
image-depositphotos_152540700_l-2015-pic905-895x505-69162backend

Rusiya Türkiyə xarici işlər nazirinin Qırğızıstana səfərinin səbəbini açıqlayıb

image-728x90px

Türkiyənin xarici işlər naziri Hakan Fidanın yanvarın 9-da Qırğızıstanın paytaxtı Bişkekə səfəri türk birliyi ölkələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi ilə əlaqədar olub.

Bu barədə RuNews24-ə Sankt-Peterburq Dövlət Universitetinin Müasir Türkiyə və Rusiya-Türkiyə Münasibətlərinin Öyrənilməsi Mərkəzinin direktoru Apollinaria Avrutina bildirib.

O, Türkiyənin Türk Dövlətləri Təşkilatında lider mövqe tutmağa çalışdığına aydınlıq gətirib. Onun sözlərinə görə, bu, ona əməkdaşlıq sahələrini, iqtisadi və siyasi prioritetləri, təşkilatın layihələrinin məzmununu və istiqamətlərini müəyyən etməyə imkan verəcək.

“Türkiyə postsovet məkanında Mərkəzi Asiya regionunda lider olmağa çalışır və bunu çox yaxşı bacarır. Türkiyə bütün bu gənc türk dövlətlərinin türk dünyası daxilində siyasət və fəaliyyətlərini istiqamətləndirən böyük qardaş rolunu bəyənir”, – Avrutina yekunlaşdırıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki