image-2000x150px
image-123
image-ads_atlas
image-mikhail-fesenko-7wlqnykl3rw-unsplash-pic_32ratio_900x600-900x600-28159backend

Rusiyalı hakerlər Telegram və WhatsApp-da Ukrayna Silahlı Qüvvələri əsgərlərinin hesablarını sındırıblar

image-728x90px

Rusiyalı hakerlər messencerlərin başdan sona şifrələmədən istifadə etməsinə baxmayaraq, Telegram və WhatsApp-da Ukrayna Silahlı Qüvvələri əsgərlərinin hesablarını sındırmağı öyrəniblər.

Bu barədə Almaniyanın RND nəşrinə Eset-in zərərli proqram tədqiqatçısı Robert Lipovski məlumat verib.

Lipovskinin sözlərinə görə, hazırda Rusiya Federasiyasından olan haker qrupları təxribatda az iştirak edir və casusluğa və mühüm məlumatları oğurlamaq cəhdlərinə daha çox vaxt ayırır. Ekspert iddia edir ki, kiber əməliyyatların hədəfi təkcə hərbi təşkilatlar deyil, həm də dövlət qurumları, həmçinin mühüm infrastrukturun saxlanması ilə məşğul olan şirkətlərdir.

Lipovski hesab edir ki, ukraynalı əsgərlərin messencerlərdəki hesabları vasitəsilə hakerlər Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri və onların maddi-texniki təminatı haqqında məlumat əldə etməyə çalışırlar.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki