Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxacaq.
Doğru.az xəbər verir ki, komanda Moldovanın “Petrokub” klubu ilə qarşılaşacaq. Görüş Kişineudakı “Zimbru” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Qal Leybovitz, köməkçiləri isə Omer Barbiro və Yossi Babayoff olacaq. Dördüncü hakim funksiyasını Dekel Zino yerinə yetirəcək.
📅 24 iyul
🏟 “Zimbru” stadionu
🕘 Saat 21:00
⚽ “Petrokub” (Moldova) – “Sabah” (Azərbaycan)