Şahzadə Harri və Meqan Markl Montecitodan Malibuya köçməyi düşünmürlər.
Bu barədə Page Six ər-arvadın mühitindən olan insayderə istinadən xəbər verir.
İyulun sonunda məlum oldu ki, Şahzadə Harri və Meqan Markl övladları – oğlu Arçi və qızı Lilibetlə birlikdə Malibuda bir evə köçmək üçün baxırlar. Daha sonra TMZ xəbər verdi ki, Susseks hersoqu və hersoginyası Malibuda 8 milyon dollarlıq malikanə üçün əraziyə baxış keçirib.Lakin cütlüyə yaxın olan insayder bu məlumatı təkzib edib.
Cütlüyün sözçüsü Meqan və Harrinin bu yaxınlarda Malibuya getmədiyini əlavə edərək, “Onların Malibuya və ya başqa yerə köçmələri ilə bağlı heç bir həqiqət yoxdur” dedi.
Mənbə: Haberler.com