Moldova dövlət təhlükəsizliyi və müdafiə sektorunu, o cümlədən xarici dəstəyin köməyi ilə gücləndirməkdə davam edir.
Sputnik.Moldova-ya istinadən xəbər verir ki, bunu Moldova prezidenti Maya Sandu deyib.
“Moldova təhlükəsizlik və müdafiə sektorunu gücləndirməyə davam edir. Biz bunu təkcə öz vəsaitimiz hesabına deyil, həm də xarici dəstəyin köməyi ilə edirik”, – Sandu bildirib.
Dövlət başçısı qeyd edib ki, Moldovanın milli təhlükəsizlik strategiyası layihəsi var və “xarici müstəvidə” ölkə “ölkəmizin təhlükəsizliyini gücləndirmək üçün hər cür dəstək istəməkdə” davam edir.
Mənbə:Sputnik