Yeni mövsüm hazırlıqlarını davam etdirən “Səbail” klubu növbəti transferini reallaşdırıb.
Doğru.az xəbər verir ki, qarşıdakı mövsümdə I Liqada çıxış edəcək paytaxt təmsilçisi “Kəpəz”dən ayrılan Nicat Süleymanovu heyətinə cəlb edib.
26 yaşlı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. Klubun rəsmi açıqlamasında futbolçuya uğurlar arzulanıb.
DOĞRU.AZ