Müğənni Selena Qomez 31 yaşının tamam olması münasibətilə ulduz gecəsi təşkil edib.
Selena Qomesi ad günü münasibətilə təbrik etməyə Paris Hilton, Kristina Aqilera, Benni Blanko, Tayqa və başqaları kimi məşhurlar gəlib. Müğənni bayram üçün İtaliyanın Bottega Veneta moda evinin yeni kolleksiyasından güllərlə işlənmiş qırmızı dəri mini paltar seçib. Ulduz görünüşünü qara hündürdaban sandaletlə tamamlayıb, saçlarını möhtəşəm bir üslubda toplayıb və gözlərə vurğu edərək parlaq makiyaj edib.
Selena Qomez ad günündə pərəstişkarlarından ona hədiyyə verməmələrini, əksinə onun Nadir Təsir Fonduna ianə vermələrini xahiş edib.
“Həyatımda çox şeyə görə minnətdaram və ən çox minnətdar olduğum şeylərdən biri sizin və mənim Nadir Təsir Fondu ilə gördüyümüz işdir. Bu mənim həyatda əsl həvəsimdir. Əgər pulunuz varsa, bizə dəyişiklik etmək üçün ianə etməyi düşünün” deyə ulduz yazıb.
Mənbə: haberler.com