image-2000x150px
image-123
image-ads_atlas
image-huhcybsx72h62pfzk5tfe6tlk9vgjcyhgpygmq1fbackend

Sığorta şirkətlərinin əməkdaşları üçün aqrar sığorta təlimi keçrilib – FOTOLAR

image-728x90px

Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə təşkil olunan aqrar sığorta mexanizmi çərçivəsində sığorta şirkətinin əməkdaşları üçün Aqrar Sığorta Fondunda keçirilən təlimlər başa çatıb.

Fonddan verilən məlumata görə, 2 ay davam edən təlimlərdə aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinin – “Xalq Sığorta”, “PAŞA Sığorta” və “AZSIĞORTA”nın təmsilçiləri iştirak edib.

Aqrar Sığorta Fondu və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə sığorta şirkətlərinin təmsilçiləri aqrar sığorta mexanizmi, onun iş prinsipi, bu sahədə işin səmərəli təşkili ilə bağlı zəruri məlumatları əldə edib. Bu biliklər ölkənin regionlarında aqrar sığorta işinin qurulması, eləcə də fermer və sahibkarların təsərrüfatlarının sığortalanmasında istifadə olunacaq.

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC Aqrar Sığorta Fondunun təşkilatçılığı ilə, ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib. Bunlar – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

Bundan başqa, aqrar sığorta sisteminin üzvləri olan sözügedən şirkətlər fermerlərin müraciətlərini qəbul etməklə Aqrar Sığorta Fondu və sahibkarlar arasında vasitəçi funksiyasını yerinə yetirirlər.

Respublikanın bütün bölgələrində filial və nümayəndəliklərə malik olan sığorta şirkətləri müraciətlərin qəbulu və ilkin emal olunaraq Aqrar Sığorta Fonduna yönləndirilməsində mühüm rol oynayırlar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki