Slovakiyanın baş naziri Robert Fiko Bratislavadakı elit yaşayış kompleksində 509 min avroya mənzil almaq üçün vəsaitin mənşəyini izah edib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Təsdiq edə bilərəm, bu sirr deyil, mən Bratislavada mənzil almışam, bu, 32 mənzilli binada üç otaqlı mənzildir”, – deyə Fiko respublika hökumətinin iclasından sonra mətbuat konfransında bildirib.
Baş nazirin sözlərinə görə, mənzilin dəyərinin təxminən yarısı mediadan məhkəmədə aldığı kompensasiya hesabına ödənilib.
“Media mənim haqqımda yaydıqları yalan məlumatlara görə mənə 250.000 avro təzminat ödəyib” dedi Fiko.
Mənbə: RİA Novosti