Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Berlin və Potsdamda yanvarın 14-də sağçı ekstremistlərə qarşı etirazlar keçirilib və bu aksiyalarda kansler Olaf Şolz və xarici işlər naziri Annalena Barbok da daxil olmaqla, təxminən 10 min insan iştirak edib.
Aksiya sağ populist “Almaniya üçün Alternativ” (AfD) partiyası ətrafında yaranmış qalmaqala görə keçirilib. Yanvarın 10-da Correctiv ötən ilin noyabrında AfD-nin yüksək səviyyəli üzvlərinin hüquqşünaslar, siyasətçilər, sahibkarlar və həkimlər də daxil olmaqla neo-nasist baxışların tərəfdarları ilə görüşdüyünü iddia edən bir araşdırma yayımladı. İclas iştirakçıları milyonlarla insanın Almaniyadan qovulması imkanlarını nəzərdən keçiriblər.
Mənbə: A Haber