image-n1karobka_ads
image-123
image-upload-2023-07-11t151856z_1048687295_rc2312a231vy_rtrmadp_3_nato-summit-pic_32ratio_1200x800-1200x800-66600backend

Stoltenberq İranın İraqın Ərbilə endirdiyi zərbələri pisləyib

image-ad_qayo_720x110px

NATO-nun baş katibi Yens Stoltenberq İranın Ərbildə İraq Kürdüstanının inzibati mərkəzindəki obyektlərə hücumunu pisləyib.

RİA Novosti bu barədə Davosda NATO-nun baş katibi ilə İraq hökumətinin başçısı Məhəmməd əl-Sudani arasında aparılan danışıqlara istinadən xəbər verir.

Stoltenberqin sözlərinə görə, o, İranın Ərbilə endirdiyi zərbələri pisləyib və hücumlardan zərər çəkənlərə başsağlığı verib. NATO-nun baş katibi vurğulayıb ki, Şimali Atlantika Alyansı İraqın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.

Bundan əvvəl İraq Kürdüstanının paytaxtı olan Ərbil şəhərinə raket hücumundan sonra İraqın İrana qarşı BMT Təhlükəsizlik Şurasına şikayət etdiyi bildirilib.

Mənbə: RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki