Aktyor Tyrese Gibson The Home Depot hardware mağazasını məhkəməyə verir.
Bu barədə Sky News xəbər verir.
Gibson özünün və iki həmkarının irqi ayrı-seçkiliyə məruz qaldığını bildirib. Sənətçi təşkilatdan 1 milyon dollar tələb edib.Məhkəmə iddiasında iddia olunur ki, satıcılar “dərisinin rənginə görə Gibson haqqında əsassız şübhələrinə əsaslanaraq, əməliyyata qəsdən müdaxilə edib və ondan imtina ediblər”.
Sənəddə həmçinin deyilir ki, Gibson mağaza müdiri ilə yalnız 20 dəqiqəlik “şiddətli mübahisə”dən sonra alış-verişi başa çatdıra bilib.
“Kassir və menecerin hərəkətləri irq və mənşəyinə görə ayrı-seçkilik xarakteri daşıyırdı. İddiaçılarla pis rəftarın başqa ağlabatan izahı yoxdur”, – iddiada deyilir.
Mənbə: Haberler.com