image-2000x150px
image-123
image-ads_atlas
image-270210_3gqu2mes91backend

Tağıyevin poçt markaları nəşr edilib – Fotolar

image-728x90px

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Hacı Zeynalabdin Tağıyevin 200 illiyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb.

Axşam.az xəbər verir ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanıb.

Markanın üzərində Hacı Zeynalabdin Tağıyevin fotosu həkk olunub. Tərtibatında zənginlik, sağlamlıq, güvən, mərhəmət, hikmət və nəciblik elementləri olan rənglərdən istifadə edilib.

Marka Belarus Respublikasının “Bobruisk İntegrated Printing House” mətbəəsində 4000 tirajla çap olunub. Markanın dizayneri Aydın Əsgərovdur.

Qurumdan verilən məlumata görə, bundan əlavə, “Birinci gün” zərfləri də hazırlanıb.

DOĞRU.AZ

image-showpic_el100 image-showpic_el100-1 image-showpic_el100-2

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki