image-2000x150px
image-comp-versiya
image-fb_img_1618899115697backend

Taxıl biçininə hazırlıqla bağlı daha 115 mexanizatora ödənişsiz təlim keçirilir – FOTO

image-728x90px
2021-ci il taxıl biçininə hazırlıqla bağlı biçini həyata keçirən mexanizatorlara təlimlər davam etdirilir. İndiyə qədər New Holland TC 4.90, New Holland TC 5.90 Hillside kombayn mexanizatorları üçün təlimlər keçirilib. Aprelin 16-dan etibarən isə “Aqroservis” ASC tərəfindən Yevlax regional təlim tədris mərkəzində Sampo kombaynları üzrə daha 115 mexanizator təlimlərə cəlb olunub. Təlimlər 1 həftə davam edəcək.

Təlimlərin keçirilməsində əsas məqsəd cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi, texnikaların mexanizatorlar tərəfindən düzgün idarə edilməsinə nail olmaq, onların kombyanlara düzgün texniki xidmətin göstərilməsi, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəzlik qaydalarına düzgün riayət edilməsi ilə bağlı bilik və bacarıqlarını artırmaqdır.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksək ixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin müəllim heyəti tərəfindən video görüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil olunur. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş etdirilir. Təlimlərdə karantin rejiminin tələblərinə ciddi əməl olunur.

Qeyd edək ki, sertifikatı olmayan mexanizatorlarla “Aqroservis” ASC tərəfindən operativ lizinq müqaviləsi bağlanılmayacaq.

image-fb_img_1618899498873

image-fb_img_1618899109846 image-fb_img_1618899113809 image-fb_img_1618899115697

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki