image-2000x150px
image-123
image-ads_atlas
image-s9ofbymh33mqsyuonzptfjmslnwgs7projan6w9ibackend

Taxıl sahələrində fevral – mart aylarında həyata keçirilən tədbirlər – Fermerlərə məsləhət

image-728x90px

Respublikanın Aran (Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab), Mil- Muğan (Beyləqan, İmişli, Saatlı və Sabirabad) və Şirvan-Salyan (Biləsuvar, Hacıqabul, Neftçala və Salyan) iqtisadi rayonlarında havaların son vaxtlar qeyri-sabit keçməsi, atmosfer temperaturunun artması nəticəsində taxıllarda vaxtından əvvəl kollanma müşahidə olunur. Aparılan müşahidələr göstərir ki, hazırda taxıl sahələrində aktiv kollanma fazasının başlanığıcıdır.

Bununla əlaqədar olaraq taxılçılıqla məşğul olan fermerlərə tövsiyə olunur ki, taxıl əkin sahələrində bitkilərdə aktiv kollanma getdiyi zaman torpaq analizlərinin nəticələrinə uyğun olaraq hektara 100-150 kq fiziki çəkidə (NH4NO3) ammonium şorası səpilərək dərhal birinci vegetasiya suvarması aparılmalıdır.

Taxıl əkin sahələrində alaq otları (turpəng, tonqal otu, yabanı vələmir, gülül, qanqal və s.) müşahidə olunan zaman onlara qarşı mübarizə tədbiri olaraq herbsidlərdən istifadə etmək tövsiyə olunur. Mübarizə tədbiri aparan zaman bitkiləri herbisidin stress təsirindən qorumaq məqsədi ilə istifadə olunan herbsidin işçi məhluluna (250litr) 10 kq (NH4NO3) ammonium şorası və yaxud 6-7 kq (CO(NH2)2) karbamid gübrəsi öncədən suda həll edilərək əlavə olunmaqla çilənməsi məqsədəmüvafiqdir.

Taxıl əkin sahələrində vaxtında zərərverici və xəstəlikləri müəyyən etmək məqsədi ilə bitki mühafizə əməkdaşları fermerlər ilə birgə intensiv fitosanitar müşahidələri aparmalı, hansı ərazilərdə sirayətlənmə müşahidə olunarsa dərhal həmin ərazilərdə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.

Qeyd edək ki, torpaq iqlim şəraitindən asılı olaraq taxıllarda ilkin vegetasiya müddətlərində pas və digər xəstəliklər müşahidə olunarsa funqisidlərdən, yəni mis tərkibli preparatlardan istifadə edilməsi tövsiyə olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki