image-2000x150px
image-123
image-ads_atlas
image-pkxwr9idjljkszhnpduqrbpjxk9jnxunyntilcb7backend

Texnikaların dövlət qeydiyyatı və texniki baxışı önəmlidir – FOTO

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına  dövlət  texniki nəzarətinin həyata keçirilməsi, daşınar əmlakın reysterinin aparılması, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsidir.

Bununla əlaqədar olaraq Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində   monitorinqlər keçirillib, qanunvericiliyin tələblərinə əməl etməyən texnika istifadəçiləri barədə inzibati xəta protokolları tərtib edilib, həmçinin maarifləndirmə tədbirləri həyata kecirilib.

Belə ki, cari ilin yanvar ayından dekabrın 20-dək 7102 ədəd  nəqliyyat vasitələri ilkin, 9093 ədədi isə təkrar dövlət qeydiyyatına alınıb, 1379 ədəd nəqliyyat vasitələri uçotdan çıxarılıb, 47652 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxış keçirilib, 4486 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilib  və 2216 sürücülük vəsiqəsi dəyişdirilib. Eyni zamanda 1600 ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilib.

Bildiririk ki, mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Texnika istifadəçiləri nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.

Texnika istifadəçilərinin nəzərinə catdırılır ki, mexaniki nəqliyyat vasitələri əldə olunduğu vaxtdan 10 gün müddətinə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmayan və müəyyən edilmiş vaxtda dövlət texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qadağandır.

DOĞRU.AZ

image-mghqzgt9uuel45l4ne22zcxyfwkg1gzziujqyxjn image-ww9tpsuamuuh6vuioloz0tfnkxkk6ov7diz6nnbc

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki