image-n1karobka_ads
image-123
image-695de6f002e8bd1aeb6cc819backend

Tokayev pravoslav qazaxları Milad bayramı münasibətilə təbrik edib

image-ad_qayo_720x110px

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev pravoslav icmasının nümayəndələrini Milad bayramı münasibətilə təbrik edib.

Doğru.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Prezident təbrikində pravoslavlığın ölkədə dinlərarası harmoniyanın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Tokayev qeyd edib ki, pravoslav dəyərlər gənc nəslin vətənpərvərlik, zəhmətkeşlik və ailə dəyərləri ruhunda formalaşmasına əhəmiyyətli töhfə verir.

“Bu işıqlı bayram insanların qəlbini iman, ümid və qonşularına olan sevgi ilə doldurur. Bütün qəlbimlə pravoslav vətəndaşlara və ölkəmizin bütün sakinlərinə möhkəm cansağlığı və böyük uğurlar arzulayıram”, – deyə prezident bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Böyük Şəhid Georgi Qalib Kilsəsində keçirilən Milad mərasimində iştirak etdiyi barədə məlumat yayılmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki