ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hakimiyyəti Venesuelaya bir ildən çox müddətə nəzarət edə bilər.
Doğru.az xəbər verir ki, Tramp bu açıqlamanı The New York Times qəzetinə verdiyi müsahibədə ABŞ-ın Venesuela üzərində nəzarətinin altı ay, bir il və ya daha uzun müddət ərzində mümkün olub-olmadığı ilə bağlı sualı cavablandırarkən verib.
“Mən daha uzun deyərdim”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, bundan əvvəl media orqanları ABŞ hakimiyyət orqanlarının Venesuela nefti üzərində nəzarəti bərqərar etmək üçün “gələcək illər üçün” hesablanmış plan hazırladığını bildirmişdilər.
DOĞRU.AZ




























