image-2000x150px
image-123
image-ads_atlas
Tramp bildirib ki, ABŞ müharibə olacağı təqdirdə Avropa Birliyinə kömək etməyəcəkbackend

Tramp bildirib ki, ABŞ müharibə olacağı təqdirdə Avropa Birliyinə kömək etməyəcək

image-728x90px

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Aİ nümayəndələri ilə təkbətək söhbətində ABŞ-ın Aİ-yə hücum ediləcəyi təqdirdə ona kömək etməyəcəyi barədə xəbərdarlıq edib.

Bu barədə “Politico” qəzeti Trampın 2020-ci ildə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə görüşündə iştirak edən Avropanın daxili bazar üzrə komissarı Tyerri Bretona istinadən yazır.

“Siz başa düşməlisiniz ki, Avropaya hücum edilərsə, biz heç vaxt sizin köməyinizə gəlməyəcəyik və sizə dəstək verməyəcəyik”, – deyə Breton Trampın sözlərindən sitat gətirib.

Onun sözlərinə görə, keçmiş Amerika prezidenti NATO-nun faydasızlığından və ABŞ-ın alyansdan çıxacağından da danışıb. Breton Trampın mövqeyini narahatedici adlandırıb və onun ABŞ prezidentliyinə mümkün qayıdışından ehtiyatlandığını qeyd edib.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki