ABŞ-ın sabiq prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbana rəğbət bəslədiyini bildirib.
Doğru.az xəbər verir ki, Tramp Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski ilə nahar zamanı “Bu, bizim xoşumuza gələn liderdir, Viktor Orbanı bəyənirik, təhlükəsiz ölkədir, o, öz ölkəsini yaxşı idarə edib” deyə vurğulayıb.
Dünən Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putinlə Tramp arasında telefon danışığı olub. Söhbətdən sonra Tramp iki həftə ərzində Putinlə Macarıstanda görüşəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Caroline Levitt Budapeştlə bağlı sual verən jurnalistə qarşı kobud davranış nümayiş etdirib.
DOĞRU.AZ