image-n1karobka_ads
image-123
image-upload-2024-01-24t024929z_1162605467_rc21o5acjvpx_rtrmadp_3_usa-election-trump-pic_32ratio_900x600-900x600-40205backend

Tramp Nevada kokusunda qalib gəlib

image-ad_qayo_720x110px

ABŞ prezidentliyinə namizəd Donald Tramp Nevada ştatında Respublikaçılar Partiyasının kokusunda (partiyadaxili seçkilərdə) qalib gələrək dövlət başçısı vəzifəsinə namizədliyini dəstəkləyib.

Bu barədə Associated Press məlumat yayıb.

Materialda qeyd olunur ki, Tramp partiyadaxili qurultayda ştatdan olan 26 nümayəndənin səsini alıb.

AP yazır ki, keçmiş ABŞ prezidenti Nevada kokusunda yeganə əsas namizəd idi, çünki onun əsas rəqibi Nikki Heyli əvvəllər qubernator vəzifəsində çalışdığı Cənubi Karolinaya diqqət yetirmək üçün kokusları atlayıb.

Bundan əvvəl ABŞ-ın Ali Məhkəməsinin fevralın 8-də Amerikanın eks-prezidenti Trampın prezident seçkiləri kampaniyasından mümkün diskvalifikasiyası ilə bağlı qərarı elan edəcəyi bildirilir.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki