image-ads_n1karobka_mobile
image-68ee853802e8bd43765bbfaabackend

Tramp Qəzzada sülh planının ikinci mərhələsinin başladığını elan edib

ABŞ prezidenti Donald Tramp Qəzzada münaqişənin həlli üçün sülh planının ikinci mərhələsinin başladığını açıqlayıb.

Doğru.az xəbər verir ki, Tramp Truth Social səhifəsində yazıb: “20 girovun hamısı geri qayıtdı və yaxşı vəziyyətdədir”, lakin işin hələ tam başa çatmadığını, ölənlərin cəsədlərinin hələ də qaytarılmadığını qeyd edib.

ABŞ prezidenti həmçinin vurğulayıb: “İkinci mərhələ elə indi başlayır”.

Bundan əvvəl Tramp Misirdə keçirdiyi mətbuat konfransı zamanı Qəzza zolağında münaqişənin sona çatdığını və anklavın yenidən qurulması mərhələsinin başladığını bəyan etmişdi.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki