image-n1karobka_ads
image-123
Tramp Rusiyanın Hitleri və Napoleonu məğlub etdiyini xatırladıbbackend

Tramp Rusiyanın Hitleri və Napoleonu məğlub etdiyini xatırladıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları qarşısında çıxışı zamanı Rusiyanın Adolf Hitler və Napoleon Bonapartı məğlub etdiyini xatırladıb. 

“Hitleri məğlub etdilər. Napoleonu məğlub etdilər. Bu, müharibə maşınıdır”, – Tramp ABŞ-ın Avropadakı NATO müttəfiqləri ilə Rusiya arasındakı “qarşıdurmaya” işarə edərək deyib.

Siyasətçi ABŞ-ın Avropadakı müttəfiqlərinin müdafiə xərclərini artırmalı olduğu fikrini də bildirib. O xatırladıb ki, hazırda Vaşinqtonla fərq 150 milyard dollardır.

Bundan əvvəl CNN xəbər vermişdi ki, ABŞ prezidenti Co Bayden öz komandasına Trampı dəli kimi təqdim etməyi tapşırıb.

Mənbə: Haber Global

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki