image-n1karobka_ads
image-123
image-rtx6egp6-pic905-895x505-20508backend

Trampın əsas rəqibi onu Nevada ştatında seçki saxtakarlığında ittiham edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampın Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda əsas rəqibi Nikki Heyli Trampı Nevada ştatında keçirilən praymerizləri onun xeyrinə “saxtalaşdırmaqda” ittiham edib. 

“Biz həmişə Nevada ştatının fırıldaqçı olduğunu bilirdik. Tramp bunu əvvəldən qurub. Diqqətimiz Cənubi Karolina və Miçiqandadır… Bunlar bizi narahat edən yerlərdir. Diqqətimizi Nevadaya cəmləməmişik, heç vaxt olmamışıq”, – Heyli deyib.

Bundan əvvəl Nevada ştatında keçirilən praymerizdə Nikki Heylinin adı “hamıya qarşı” qrafasından daha az populyar olub.

Qubernator Co Lombardo da daxil olmaqla Nevada ştatında keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarları Heyliyə etiraz etmək üçün ilkin səsvermə bülletenində “hamıya qarşı” variantı müdafiə ediblər.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki