image-n1karobka_ads
image-123
Trampın qaynanası 78 yaşında vəfat edibbackend

Trampın qaynanası 78 yaşında vəfat edib

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş birinci xanımı Melaniya Trampın anası, Donald Trampın qaynanası Amaliya Knavs yanvarın 9-da 78 yaşında vəfat edib.

Bu barədə Melaniya Tramp X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp anasını həmişə lütf, hərarət və ləyaqətlə özünü daşıyan güclü qadın adlandırıb. Keçmiş birinci xanımın sözlərinə görə, Amanda bütünlüklə ərinə, qızlarına, nəvəsinə və kürəkəninə sadiq idi. Melaniya Tramp qeyd edib ki, o, anası üçün darıxacaq və onun irsinə hörmət etməyə və sevməyə davam edəcək.

ABC televiziyasının məlumatına görə, Knavs Floridada dünyasını dəyişib.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki