Kanadanın keçmiş baş naziri Castin Trüdo çərşənbə günü axşam Monrealda amerikalı müğənni Keti Perrinin konsertində iştirak edib.
Doğru.az xəbər verir ki, Trüdo konsert zamanı görüntülənib və veriliş əsnasında şəkil çəkdirib.
Bundan əvvəl Associated Press məlumat yaymışdı ki, iyulun 28-i Trüdo və Keti Perri Monrealdakı “Le Violon” restoranında nahar edərkən birgə görüntüləniblər.
Agentliyin məlumatına görə, müğənni hazırda Kanadada qastrol səfərindədir və Monrealdan başqa Ottava, Kvebek Siti və Torontoda da səhnəyə çıxacaq.
DOĞRU.AZ