Türkiyə hakimiyyəti ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya ölkəni tərk edib Türkiyəyə getməsini tələb etdiyi barədə yayılan məlumatları təsdiqləmir.
Doğru.az xəbər verir ki, diplomatik mənbə RİA Novosti agentliyinə bildirib ki, Ankara bu məsələ ilə bağlı heç bir sorğu və ya siqnal almayıb.
Agentliyin mənbəsi əlavə edib: “Belə bir məlumat yoxdur və onun haradan gəldiyi məlum deyil”.
Qeyd edək ki, əvvəlcə Belçikanın müdafiə naziri Teo Franken ABŞ-ın Venesueladakı hərəkətlərini beynəlxalq hüquqa zidd saydığını açıqlamışdı. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Vaşinqtonun Venesuela prezidentinin ələ keçirilməsi üçün guya qansız əməliyyat həyata keçirməsi barədə açıqlamalarına təəccübünü ifadə edib.
DOĞRU.AZ




























