image-2000x150px
image-123
image-ads_atlas
image-2023-01-17t143110z_1672485634_rc2dsy964154_rtrmadp_3_davos-meeting-finland-turkey-pic_32ratio_900x600-900x600-19228backend

Türkiyə Ankara ilə Vaşinqton arasında ittifaqın sona çatdığını açıqladı

image-728x90px

ABŞ Silahlı Qüvvələrinin Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlıları ilə birgə təlimləri keçirdikdən sonra Vaşinqton Ankaranı müttəfiq kimi itirib.

Bu barədə Türkiyənin “Milliyet” qəzetində dərc olunan məqalədə deyilir.

“ABŞ Türkiyəni itirdi. İctimai rəy üçün ABŞ çoxdan bizim əsas düşmənimizə çevrilib”, – nəşr yazır.

Onun sözlərinə görə, ölkə əhalisi başa düşür ki, Vaşinqtonun planlarına Türkiyəyə yardım yox, onun bölünməsi daxildir. Məqalə müəllifləri qeyd edirlər ki, əgər əvvəllər NATO Türkiyə üçün zəmanət idisə, bu gün Türkiyə NATO-nun qarantiyasına çevrilib.

Məqalədə Türkiyə Milli Müdafiə Nazirliyinin PKK-nın Suriya qolu ilə ABŞ-ın birgə təlimlərinə mənfi reaksiya verdiyi bildirilir. Eyni zamanda, nəşr əmindir ki, Ankara Vaşinqtonun regiondakı hərəkətləri barədə kifayət qədər məlumatlıdır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki