Türkiyənin xarici işlər naziri Hakan Fidan xəbərdarlıq edib ki, Qəzzada hazırda həlli olmayan münaqişə indi baş verən yeni münaqişələrə səbəb ola bilər. Onun sözləri TASS-a istinadən xəbər verir.
“Biz dəfələrlə Qəzzada münaqişənin digər bölgələrə yayılma riskindən danışmışıq. Hamı Livanda gərginliyin olmasını gözlədiyi halda, başqa yerdən başladı. Qırmızı dənizdə, İraqda, Suriyada baş verənlər Qəzzadakı müharibə spiralının burulğana çevriləcəyindən xəbər verir”, – deyə Fidan bildirib.
O, beynəlxalq ictimaiyyəti Fələstin anklavında daimi atəşkəs üçün səyləri dəstəkləməyə çağırıb və bir sıra dövlətlərin HƏMAS-a qarşı mübarizədə İsrailin hərəkətlərini dəstəklədiyini qeyd edib.
Mənbə: TASS