Rusiya prezidenti Vladimir Putinin planlaşdırılan səfəri zamanı Türkiyə rəhbərliyi bir daha onun Ukrayna lideri Vladimir Zelenski ilə görüşünü təşkil etməyə hazır olduğunu bəyan edəcək.
Bu barədə RİA Novosti-yə Ankaradakı diplomatik mənbə bildirib.
Türkiyə tərəfi qeyd edib ki, Putinin respublikaya səfəri aprelin sonu – mayın əvvəlinə planlaşdırılıb.
Agentliyin həmsöhbəti xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sülh prosesində uduzan tərəflərin olmayacağını müdafiə edir. Buna görə də Putinlə görüşü zamanı Ankaranın münaqişə zonasında atəşkəsi və insan itkilərini təmin etmək üçün Zelenski ilə görüşünü təşkil etməyə hazır olması vurğulanacaq.
DOĞRU.AZ