Türkiyə bu ölkənin Rusiyaya sanksiyalardan yan keçməsinə kömək etməsi ilə bağlı ittihamlarını yalan hesab edir və bunun üçün Avropa İttifaqının respublikaya iqtisadi məhdudiyyətlər qoymağa hazır olması ilə bağlı xəbərləri öyrənmək niyyətindədir.
“Hazırda bu xəbərləri araşdırırıq. Guya bizim Rusiyaya hərbi məqsədlər üçün yardım etdiyimiz və sanksiyalardan yayındığımız barədə bəyanatlar açıq-aşkar yalandır”, – deyə mənbə jurnalistlərə bildirib.
Onun fikrincə, bu cür ittihamlar Türkiyənin Ukrayna münaqişəsinin həllində vasitəçi olmaq istəyini sarsıtmaq məqsədi daşıyır.
Mənbə: Sabah