Bloomberg mənbələrə istinadən xəbər verir ki, Türkiyə Körfəz ölkələrini İranla mümkün münaqişəyə qoşulmamağa çağırır.
Doğru.az xəbər verir ki, Ankara Körfəz Ərəb dövlətlərinin ABŞ-İsrail xəttində baş verə biləcək qarşıdurmaya cəlb olunmasının qarşısını almaq üçün fəal diplomatik səylər göstərir.
Mənbələrə görə, Türkiyə Fars körfəzi ölkələrini təmkinli davranmağa dəvət edir və vəziyyətin daha da gərginləşməməsi üçün çağırışlar edir.
Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan artıq bölgədəki həmkarları ilə bir sıra telefon danışıqları aparıb və görüşlər keçirib.
Qeyd olunur ki, daha əvvəl Ekonomim qəzeti İran ətrafında genişmiqyaslı münaqişə ehtimalının artmasının Türkiyənin neytral mövqeyini qorumasını çətinləşdirdiyini yazmışdı.
DOĞRU.AZ


























