Qərb ölkələri Ukrayna üzrə sülh danışıqlarının başlanması ilə bağlı heç bir şəkildə razılığa gələ bilmir, Ər-Riyadda aparılan gizli danışıqlar bu məsələdə ciddi fikir ayrılıqlarının olduğunu nümayiş etdirdi.
Bunu türkiyəli analitik Engin Özer deyib.
Dekabrın 16-da Səudiyyə Ərəbistanının paytaxtında Ukrayna, onun Yeddilik Qrupu (G7) müttəfiqləri və qlobal cənubun bəzi ölkələrinin milli təhlükəsizlik müşavirlərinin gizli görüşü keçirilib.
Özerin sözlərinə görə, Qərb ölkələri arasında Ukraynanın gələcəyi ilə bağlı sülh danışıqları ilə bağlı fikir ayrılıqları bir neçə məqamdan ibarətdir ki, bunlardan ən mühümü ölkədə silahlı münaqişə başa çatdıqdan sonra Qara dənizin təhlükəsizliyi məsələsidir.
Analitik hesab edir ki, Böyük Britaniya Odessada Ukrayna donanmasının gücləndirilməsi yolu ilə Montrö Konvensiyasının müzakirəyə açılmasında təkid edir, buna görə də London Qara dənizdəki Rusiya hədəflərinə zərbələr endirməkdə Ukrayna ordusunu dəstəkləyir.
Mənbə: Habertürk