Ukrayna prezidenti Vladimir Zelenski Latviya prezidenti Edqar Rinkeviçlə keçirdiyi mətbuat konfransında Rusiyanın dondurulmuş aktivlərinin istifadəsindən indiyədək heç bir “məlum nəticənin” olmadığını bildirib.
“Ukraynanın dondurulmuş aktivlərinin istifadəsindən hələ heç bir real nəticə əldə etməyib”, – Zelenski deyib.
Eyni zamanda, Ukrayna prezidenti bildirib ki, Ukrayna Rusiya Federasiyasının “dondurulmuş aktivlərindən faiz vergisi şəklində” Belçikadan 1,7 milyard avro alacaq. Söhbət dondurulmuş aktivlərin təkrar investisiyasından əldə edilən gəlirdən gedir. Onun sözlərinə görə, bu, “ilk nəzərəçarpacaq addımdır”.
O, əlavə edib ki, Kiyev təxminən 15-18 milyard avro gəlir əldə etməkdə maraqlı olacaq.
Mənbə: Haber Global