image-n1karobka_ads
image-123
image-6909216cae5ac90caf33c7b8backend

Voronej vilayətində yeddi PUA məhv edilib

image-ad_qayo_720x110px

Rusiyanın Voronej vilayətində yeddi pilotsuz uçuş aparatı (PUA) aşkarlanaraq məhv edilib.

Doğru.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev məlumat verib. Onun sözlərinə görə, iki rayon və iki şəhər ərazisində PUA-lar zərərsizləşdirilib. İlkin məlumatlara əsasən, insan tələfatı yoxdur.

Hadisə nəticəsində bir çoxmənzilli binanın dörd mənzilinin pəncərələri sınıb, həmçinin iki qaraj və içərisindəki avtomobillər zərər görüb.

Hazırda Buturlinovski, Rossoşanski, Liski rayonları ilə yanaşı, Borisoqlebsk və Novovoronej şəhərlərində PUA təhlükəsi qalmaqdadır.

Qeyd edək ki, bundan əvvəl Volqoqrad vilayətində elektrik yarımstansiyasına PUA-nın düşməsi nəticəsində yanğın qeydə alınmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki