İtaliyanın Səhiyyə Nazirliyi Avropada ilk dəfə insanda H9N2 quş qripi infeksiyasının aşkarlandığını açıqlayıb.
Doğru.az xəbər verir ki, Lombardiya bölgəsində əsas sağlamlıq problemləri olan bir şəxsdə aşağı patogenli quş qripi A (H9N2) virusuna yoluxma halı müəyyən edilib.
Məlumata görə, xəstə xaricdən İtaliyaya gəlib və məhz orada yoluxub. Hazırda o, xəstəxanada müalicə olunur.
Bildirilir ki, infeksiya əsasən yoluxmuş quşlarla birbaşa təmas və ya çirklənmiş mühit vasitəsilə yayılır. İnsanlarda xəstəlik adətən yüngül keçir və indiyədək insandan insana ötürülməsi qeydə alınmayıb.
Səlahiyyətli qurumlar vəziyyəti nəzarətdə saxlayır və ictimaiyyət üçün əlavə riskin olmadığını bildirir. Xəstənin təmasda olduğu şəxslər də epidemioloji nəzarət çərçivəsində müəyyən edilib.
Qeyd edək ki, daha əvvəl Sankt-Peterburqda meymunçiçəyi virusuna yeni yoluxma halı qeydə alınmışdı.
DOĞRU.AZ


























