Cəmiyyətin inkişafında xeyirxahlıq və sosial məsuliyyət anlayışları hər zaman xüsusi yer tutur. Bu dəyərləri həyat tərzinə çevirən insanlar isə yaddaşlarda iz qoyur. Belə insanlardan biri də iş adamı Emin Hüseynovun oğlu, xeyriyyəçilik fəaliyyəti ilə tanınan Zahid Hüseynovdur.
Zahid Hüseynov xeyirxahlığı təsadüfi addım deyil, ailəsindən aldığı mənəvi miras kimi qəbul edir. Atası Emin Hüseynov uzun illərdir sosial layihələrdə, ehtiyacı olan insanların yanında olması ilə tanınır. Bu yol bu gün layiqincə davam etdirilir.
Xüsusilə şəhid övladları və onların anaları Zahid Hüseynovun daim diqqət mərkəzindədir. O, Vətən uğrunda canından keçmiş qəhrəmanların ailələrinə maddi və mənəvi dəstək göstərməyi özünə borc bilir. Şəhid analarının qayğısına qalmaq, onların problemləri ilə maraqlanmaq Zahid Hüseynov üçün sadəcə yardım deyil, vicdan məsələsidir.
Bununla yanaşı, təhsil imkanları məhdud olan ailələrə göstərilən dəstək də onun xeyriyyəçilik fəaliyyətinin əsas istiqamətlərindəndir. Maddi çətinliklər ucbatından təhsildən kənarda qalmaq riski ilə üz-üzə qalan uşaqlara yardım edilir, onların gələcək arzularının yarımçıq qalmaması üçün addımlar atılır. Zahid Hüseynov hesab edir ki, bir uşağın təhsili bütöv bir cəmiyyətin gələcəyidir.
Onun fəaliyyəti səs-küy və reklam üzərində qurulmayıb. Əksinə, çox vaxt etdiyi yardımlar geniş ictimaiyyətə açıqlanmadan, səssiz şəkildə həyata keçirilir. Bu isə onun səmimiliyinin və xeyirxahlığının ən bariz göstəricisidir.
Qeyd etmək yerinə düşər ki, iş adamı Emin Hüseynov da fəaliyyətində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik, sosial ədalət və vətəndaşa qayğı siyasətini əsas tutur. Bu xətt bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətlə uzlaşır. Emin Hüseynov dövlətə, xalqa bağlılığı, sosial həssas təbəqələrə göstərdiyi dəstəklə bu siyasi-mənəvi yolun cəmiyyətdə real təzahürünə çevrilib.
Bu dəyərlərin ailə daxilində ötürülməsi isə Zahid Hüseynovun fəaliyyətində açıq şəkildə hiss olunur. Ata yolunu davam etdirən gənc xeyriyyəçi dövlətçilik ruhunu, Vətənə bağlılığı və insanlara xidmət prinsiplərini şəxsi həyatının əsas meyarı kimi qəbul edir.
Bu gün Zahid Hüseynov cəmiyyətdə gənc xeyriyyəçi kimi tanınır və bir çoxlarına nümunə göstərilir. O sübut edir ki, xeyirxah olmaq üçün təkcə imkan yox, ən əsası ürək lazımdır.
Zahid Hüseynovun fəaliyyəti bir daha göstərir ki, xeyirxahlıq nəsildən-nəslə ötürülən ən dəyərli sərvətdir.
DOĞRU.AZ




























