image-2000x150px
image-123
image-ads_atlas
image-17079099294361029638_1200x630backend

Xocalı sakini 32 ildən sonra ata yurdunda – FOTO

image-728x90px

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən və ötən ilin sentyabr ayında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bununla da Qarabağ və Şərqi Zəngəzurdan didərgin salınmış yüz minlərlə insanın ən böyük arzuları həyata keçmiş oldu.

Xocalı rayonunun Quşçular kənd sakini Sahib Musayev də 32 ildir doğulub boya-başa çatdığı kəndinin, ata ocağının, evinin həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib. AZƏRTAC-ın bölgə müxbiri uzun illərdən sonra ata yurduna baş çəkən Sahib Musayevlə söhbət edib, sevincinə şərik olub.

Sahib Musayev bildirib ki, ömrünün ən xoş günləri doğma kəndində keçib. O, qarşıdakı evi göstərərək deyib: “Bu ev ata evimdir. Mən burada doğulub boya-başa çatmışam, ailə qurmuşam. Firavan həyat sürmüşük. Ailədə beş uşaq olmuşuq. Həyətimizdə qoz, ərik, gilənar, alma, armud ağacları var idi. Əfsuslar olsun ki, 1992-ci ilin fevralın 11-də erməni silahlı birləşmələri kəndimizə hücum edəndə son gücümüzə qədər mübarizə aparsaq da, yurdumuzu tərk etməli olduq”.

Quşçular kənd sakini illərdir həsrətində olduğu torpağa ayaq basarkən kövrəldiyini, həm kədər, həm də sevinc hissləri keçirdiyini deyib. “Şükürlər olsun ki, 32 ildən sonra öz yurdumuza ayaq basırıq, məzarlığımızı ziyarət edirik. Buna görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və ordumuza minnətdarlığımı bildirirəm. İnşallah, doğma torpağımıza qayıdarıq, mənfur düşmənin xaraba qoyduğu yurdu abadlaşdırıb, gözəlləşdirib gələcək nəsillərə ərmağan edərik. Övladlarımız, nəvələrimiz də ata-baba yurdlarında xoşbəxt ömür sürərlər”, – deyə o bildirib.

DOĞRU.AZ

image-1707909929427221103_1200x630 image-1707909929246145147_1200x630 image-17079099293493822583_1200x630 image-17079099292400960359_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki