Yanvar-oktyabr aylarında Azərbaycandan 377,5 min ton metanol ixrac olunub, ixracın dəyəri 83,5 milyon dollar təşkil edib.
Doğru.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin eyni dövründə ölkədən 401,95 min ton metanol ixrac edilmiş və dəyəri 83,8 milyon dollar olub.
DOĞRU.AZ




























