image-n1karobka_ads
image-123
image-upload-ria_8538041-pic_32ratio_900x600-900x600-3156backend

Yanvarın sonuna qədər Rusiya, Çin, İran və Pakistan Əfqanıstanla bağlı görüş keçirəcək

image-ad_qayo_720x110px

Rusiya, Çin, İran və Pakistan Əfqanıstanla bağlı görüş keçirməyə hazırlaşır, bu, yanvarın sonuna qədər baş tuta bilər.

Bu barədə TASS agentliyinə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

“Görüş hazırlanır, baş tutacaq”, – diplomat bildirib.

Kabulovun sözlərinə görə, tarix və yer barədə məlumat daha sonra açıqlanacaq. O əlavə edib ki, İran və Pakistan arasında zərbələrin mübadiləsi ilə bağlı vəziyyət görüşə hazırlığa təsir etməyəcək.

Bundan əvvəl İranla gərginliyin artması ilə əlaqədar Pakistanın hərbi rəhbərliyi və hökumət üzvlərinin Milli Təhlükəsizlik Komitəsinin iclasını keçirəcəyi bildirilirdi. Jurnalistlərin məlumatına görə, iclasa Pakistan hökumətinin başçısı Ənvər ul-Haq Kakar sədrlik edəcək.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki