image-n1karobka_ads
image-123
image-rian_872908-hr-pic905v-895x505-11876backend

Yaponiya hökuməti Xirosimanın bombalanmasının xronikasının YUNESKO-nun siyahısına salınmasını tövsiyə edib

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirib ki, ölkə hökuməti Amerikanın Xirosimanı atom bombası ilə vurmasının nəticələrinin xronikasını YUNESKO-nun sənədli irs siyahısına əlavə etməyi tövsiyə etmək qərarına gəlib. 

Kamikavanın sözlərinə görə, Xarici İşlər Nazirliyi və Yaponiyanın digər müvafiq idarələri xronikanın 2025-ci ildə YUNESKO-nun sənədli irs siyahısına daxil edilməsi üçün çalışacaqlar.

Amerikanın Xirosimaya atom bombası atmasının nəticələrinin xronikası şəhərdəki partlayış və dağıntıların göbələk buludunu əks etdirən 1532 fotoşəkildən ibarətdir. Buraya iki video da daxildir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki