image-n1karobka_ads
image-123
image-rtx27yvc-pic905-895x505-33172backend

Yaponiya Rusiya-Çin ittifaqının möhkəmlənməsindən narahat olmağa başlayıb

Yaponiya hökuməti Rusiya və Çin arasında ikitərəfli müttəfiqliyin möhkəmlənməsindən narahatdır.

Bu barədə Çinin “South China Morning Post” qəzeti Yaponiyanın yeni təhlükəsizlik hesabatına istinadən məlumat yayıb.

Materialda bildirilir ki, bu hesabat Yaponiyanın Milli Müdafiə Araşdırmaları İnstitutunun (NIDS) əməkdaşları tərəfindən tərtib edilib və ötən həftə dərc olunub. Sənədin müəlliflərinin fikrincə, yaxın bir neçə onillikdə Çin-Rusiya bloku ilə Amerika hakimiyyəti arasında rəqabət yalnız güclənməkdə davam edəcək.

Eyni zamanda hesabatda vurğulanır ki, Tokionu ən çox Moskva və Pekinin birgə hərbi təlimləri narahat edir. İlk növbədə, söhbət Yapon dənizindəki donanma və aviasiya manevrlərindən gedir.

Yaponiyanın Daito Bunka Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Qarren Malloyun dediyi kimi, NIDS-in hesabatı ölkənin Müdafiə Nazirliyinin “ağ sənədləri” və digər tədqiqatların nəticələri ilə çox oxşardır. Buna baxmayaraq, ekspert vurğulayıb ki, Yaponiya üçün Rusiya və Çin orduları arasında əməkdaşlıqla bağlı narahatlıqlar “kabus ssenarisinin” yalnız bir hissəsidir.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki