image-ads_n1karobka_mobile
image-depositphotos_11058153_l-2015-pic905-895x505-18947backend

Yeni Zelandiya hakimiyyəti Ukraynaya 16 dollar ayıracaq

image-add-a-heading

Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters Ukraynaya yeni hərbi yardım paketi və Rusiya şirkətləri və vətəndaşlarına qarşı əlavə sanksiyaların tətbiqi ehtimalını açıqlayıb.

XİN rəhbərinin müvafiq bəyanatı hökumətin rəsmi saytında dərc olunub.

Nazir bildirib ki, 25,9 milyon Yeni Zelanda dolları (16 milyon ABŞ dolları) dəyərində yeni yardım paketi son iki ildə Ukraynaya ayrılan ümumi maliyyəni 100 milyon NZ$-dan (62 milyon ABŞ dolları) çox artıracaq. “Bu, bizim Ukraynaya davamlı dəstəyimizi və Yeni Zelandiyanın dəyər və maraqlarını əks etdirən qaydalara əsaslanan beynəlxalq nizamı müdafiə etmək üçün güclü öhdəliyimizi bir daha təsdiqləyir” dedi nazir.

O, həmçinin qeyd edib ki, hökumət Rusiyaya qarşı mövcud sanksiyalardan yayınmanın qarşısını almağa yönəlmiş yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi imkanlarını nəzərdən keçirir.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki