Yerdəki maqnit qasırğası G3 səviyyəsinə çatıb, Tətbiqi Geofizika İnstitutu bildirib.
TASS-ın məlumatına görə, beş mümkün göstərici şkalasında G3 səviyyəsi fırtınanın “güclü” həddə çatması deməkdir. Müvafiq olaraq, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir.
Dekabrın 30 – da Günəşdə 2024-cü ildə ən güclü aktivlik partlayışlarından biri qeydə alınıb.
DOĞRU.AZ